Proktoloq

Proktoloq Anar Əliyevin özəl veb saytına xoş gəlmisiniz.

Bizi sosial şəbəkələrdə izləyin

Əlaqə nömrə:

050 311 00 18

Ünvan:

HTC Cliniva Hospital

Bizi sosial şəbəkələrdə izləyin

POLİPEKTOMİYA NƏDİR?

Poliplər yoğun bağırsağın səthini (yoğun bağırsaq və düz bağırsaq) əhatə edən təbəqənin (selikli qişanın) anormal böyüməsi nəticəsində inkişaf edən və bağırsaq traktına (lümen) qədər böyüyən formasiyalardır. Başqa sözlə desək, bağırsağın daxili səthini örtən selikli qişada olan qabarlara polip deyilir. Endoskopiya (kolonoskopiya-siqmoidoskopiya) köməyi ilə polipin çıxarılmasına polipektomiya deyilir. Endoskopiya zamanı polip xüsusi alətlərin köməyi ilə çıxarıla bilər. Poliplərin diametri bir neçə millimetrdən bir neçə santimetrə qədər ola bilər. Əgər həkim müayinə zamanı polip görsə, onu kolonoskopiya ilə çıxarıb analizə göndərmək lazımdır. Bu prosedur zamanı xəstə ağrı hiss etmir.

Yoğun bağırsaqdan polipin çıxarılması: Polipektomiya

Daha böyük poliplərdə tam aradan qaldırılması üçün birdən çox müalicə tələb oluna bilər. Lakin bəzi poliplər ölçüsünə, mövqeyinə və sayına görə endoskopik üsullarla çıxarıla bilmir. Bu zaman yoğun bağırsağın polip tərkibli hissəsi əməliyyatla çıxarılmalıdır.
Kiçik poliplər çox vaxt heç bir əlamət yaratmasa da, zamanla böyüyərək qanaxma, qarın ağrısı kimi şikayətlərə səbəb ola bilər. Əksər poliplər xoşxassəli formasiyalardır. Poliplər xərçəngin inkişafında prekursor lezyonlar olduğundan, erkən mərhələdə çıxarılmalıdır.

Yoğun bağırsaqdan polipin çıxarılması

-Yoğun bağırsaq polipləri təkrarlana bilərmi?

Polip tamamilə çıxarıldıqdan sonra eyni yerdə təkrarlanması gözlənilmir. Lakin poliplərin əmələ gəlməsinə şərait yaradan faktorlar eyni yoğun bağırsağın digər hissələrinə təsir etdiyi üçün poliplər başqa yerlərdə də görünə bilər. Bu səbəblə yoğun bağırsaq polipi olan şəxslər müəyyən aralıqlarla yoxlanılmalıdır.

Niyə kolon xərçəngi qarşısı alına bilən xəstəlikdir? ?

Kolon polipləri ümumiyyətlə xoşxassəli olmasına baxmayaraq, onların kolon xərçəngi ilə əlaqəsi aydın şəkildə sübut edilmişdir. Kolon xərçənglərinin 90% -dən çoxu poliplər əsasında inkişaf edir. Kolon poliplərinin polipektomiya ilə çıxarılması kolon xərçənginin inkişafının qarşısını alır. Buna görə də kolon xərçəngi qarşısı alına bilən xəstəlikdir.

Previous Next
Close
Test Caption
Test Description goes like this