Mədədə nahiyyəsində kop, az qida qəbuluna baxmayaraq erkən toxluq hissi kimi hallar bəzən nəzərə alınmaya bilər. Fərqli səbəblərdən qaynaqlanan, lakin mədə xərçənginin ilk əlamətlərindən biri olan bu şikayətlərdən xəbərdar olmaq və ilkin mərhələdə həkimə müraciət etmək həyatı xilas edə bilər.Mədə ağrınızın səbəbini öyrənin
İndi doyduğumu deyirsinizsə, diqqət edin!
Sürətli cəki itkisi səbəbini araşdırın
Ürək yanması və həzm pozğunluğunun aradan qalxmayan şikayətləri,
Uzun müddət iştahsızlıq və zəifliyi laqeyd yanaşmayın
Nəcisdə gizli qan varsa,
Mədə ağrınızın səbəbini öyrənin
Mədə xərçəngi heç bir əlamət olmadan inkişaf edə bilər. Bu səbəbdən də bədənin verdiyi ən kiçik siqnal belə erkən diaqnoz üçün çox vacibdir. Ağrı mədə xərçənginin ilk əlamətləri arasında olmaya bilər, ancaq xüsusilə yeməkdən sonra artan ağrı nəzərə alınmalıdır.
Qarın ağrısı; İnfeksiya, ishal, qəbizlik, stres, reflü, öd və ya böyrək daşları bağırsaq problemləri kimi bir çox xəstəliklər səbəb ola bilər. Ancaq unutmamalıyıq ki, bütün bu ağrılar mədə xərçəngi simptomu olub olmadığından asılı olmayaraq bədənin bir problemini göstərə bilər.
İştahsızlığa bir çox xəstəlik səbəb ola bilər. Bununla birlikdə masada ac oturub bir neçə dişlədikdən sonra iştahsızlıq, çox qısa müddətdə erkən toxluq hissi və qarın yuxarı hissəsində şişkinlik mədə xəstəlikləri baxımından ciddi arawdirilmalidi.Mədə şişi bəzən böyüyə bilər və həzm edilən qidanın nazik bağırsağa keçməsinin qarşısını alır və erkən toxluq hissinə səbəb ola bilər.
Pəhriz və ya idman olmadan açıqlanmayan cəki itkisi Tip 1 diabet və Crohn xəstəliyi kimi bir çox səbəbə görə duwunulə bilər.Bawqa səbəblə sürətli ariqlama mədə xərçəngi ehtimalı baxımından arawdirilmalidir.
Ürək yanması və həzmsizlik kimi şikayətlər bir çox insanda ola bilər. Bu cür problemlər ümumiyyətlə reflü və ya xora kimi müxtəlif xəstəliklərdən qaynaqlansa da, bəzən mədə xərçənginin ilk simptomları arasında ola bilər. Uzun müddət davam edən mədə yanması və həzmsizlik şikayətləri üçün mədə xərçənginin erkən diaqnozu üçün mütəxəssis bir həkimə müraciət etmək vacibdir.
Uzun müddət iştahsızlıq və zəifliyi laqeyd yanaşmayın
Bir neçə gün davam edən iştahsızlıq və zəiflik stres və ya yoluxucu xəstəliklər kimi şərtlərə səbəb ola bilər. Bununla birlikdə, uzun müddət iştahsızlıq və zəiflik mədə xərçəngi simptomlarının yanında bir çox xərçəng əlaməti ola bilər.
Nəcisdə qan görünsə …
Nəcisdəki qan heç vaxt laqeyd edilməməlidir. Nəcisdəki qan mədə xərçəngi əlaməti ola bilər və ya bağırsaqda və ətrafında ciddi bir problemə səbəb ola bilər. Uzun qanaxmada xəstədə anemiya ola bilər. Qanaxmanın fərq edilmədiyi hallarda; Anemiya ilə əlaqədar nəfəs alma və solğun dəri rəngi kimi şikayətlərə diqqət yetirilməlidir.
Mədə xərçənginin erkən diaqnozu müalicənin müvəffəq olmasında əsas amildir. Təcrübəli mütəxəssislərin nəzarəti altında tam təchiz olunmuş mərkəzlərdə aparılan uğurlu təcrübələr sayəsində xəstələr qısa müddətdə işlərinə və sosial həyatlarına qayıda bilərlər.