Rektal qanaxma diqqətdən kənarda qalmamalıdır

Nəcis ifrazı zamanı və ya sonrasında qan görmək bir çox insanı narahat edir. Bəziləri bunu sadəcə hemorroyla əlaqələndirsə də, rektal qanaxmanın müxtəlif səbəbləri ola bilər.

Ən çox rast gəlinən səbəblər:
🔹 Hemorroy (babasil)
🔹 Anal çat (fissura)
🔹 Yoğun bağırsağın iltihabi xəstəlikləri
🔹 Poliplər
🔹 Düz və yoğun bağırsaq xəstəlikləri

⚠️ Aşağıdakı hallarda mütləq həkim müayinəsi vacibdir:

  • Təkrarlanan qanaxma
  • Qanaxma ilə yanaşı ağrı olması
  • Çəki itkisi
  • Qəbizlik və ya ishalın uzun müddət davam etməsi
  • Ailədə bağırsaq xəstəliklərinin olması

Unutmayın, rektal qanaxmanın səbəbini yalnız müayinə və lazım gəldikdə endoskopik qiymətləndirmə ilə dəqiq müəyyən etmək mümkündür.

Erkən diaqnostika bir çox xəstəliyin vaxtında aşkarlanmasına və daha effektiv müalicəsinə imkan yaradır📞 Elə indi PhD.Dr.Anar Əliyev ilə konsultasiyaya yazılın və sağlamlığınızın qayğısına qalın.

Mob / WhatsApp: +994 50 311 00 18