PhD.Dr.Anar Əliyev
Həkim Ümumi-Cərrah. Proktoloq-Endoskopist
Tibb Elmlər Namizədi. Tibb üzrə Fəlsəfə Doktoru
Uzun illərin elmi və praktik təcrübəsini birləşdirən Dr. Anar Əliyev proktologiya və həzm sistemi xəstəliklərinin müasir müalicə metodları üzrə ixtisaslaşmış həkimdir.

1997–2003-cü illərdə Azərbaycan Dövlət Tibb Universitetində təhsil almış, daha sonra təhsilini Rusiya Federasiyasının Sankt-Peterburq Tibb Akademiyasında davam etdirmişdir. Klinik ordinatura və aspirantura mərhələlərini uğurla tamamlamış, kəskin pankreatit və təxirəsalınmaz cərrahiyyə mövzusunda elmi fəaliyyət göstərmişdir, Tibb Elmləri Namizədi adına, alimlik dərəcəsinə layiq görülmüşdür. Moskva Dövlət Tibb jurnalında 7 elmi məqalənin və Sankt-Peterburq Tibb Jurnalinda 4-elmi məqalənin 2-tezisin muellifidir.
2006–2009-cu illərdə Sankt-Peterburq Koloproktologiya İnstitutunda cərrah-proktoloq kimi fəaliyyət göstərmiş, 2010-cu ildən etibarən Bakıda cərrah-proktoloq, endoskopist və qastroenteroloq kimi çalışır. Hal-hazırda HTC Clinica Hospital-da pasiyent qəbulu aparır.
🔬 İxtisaslaşdığı sahələr:
🔹Kolonoskopiya
🔹Rektoskopiya
🔹Qastroskopiya
🔹Endoskopik polipektomiya
🔹Proktoloji əməliyyatlar
🔹Hemoroy
🔹Ən yeni üsullarla ATAK Cərrahiyyə (Doppler Arteriya Liqasiyası)
🔹Lazer əməliyyatları
🔹Anal çat (anal fissura)
🔹Pilonidal sinus
🔹Mürəkkəb pararektal fistulaların müasir cərrahi müalicəsi
🔹Anal stenozun cərrahi müalicəsi
🔹Anal kondilomaların lazerlə yandırılması
Dr. Anar Əliyev əməliyyatları ən yeni ATAK cərrahiyyə (Doppler Arteriya Liqasiyası – DGHAL) üsulu ilə ağrısız və qansız şəkildə icra edir. Əməliyyatdan cəmi bir gün sonra pasiyentlər evə buraxılır.
🤍 Niyə pasiyentlər onu seçir?
– Müasir, minimal invaziv və qansız yanaşma
– Ağrısız prosedurlar və qısa bərpa müddəti
– Fərdi, etik və peşəkar münasibət
– Beynəlxalq protokollara uyğun müalicə
Proktoloji problemləri təxirə salmaq sağlamlıq üçün ciddi risklər yarada bilər. Erkən müraciət isə daha rahat və daha effektiv müalicə imkanı deməkdir.
📌 Konsultasiya üçün
Əgər PhD. Dr. Anar Əliyev ilə konsultasiya almaq və ya müayinə üçün qeydiyyatdan keçmək istəyirsinizsə,
👉 [Qəbula yazılmaq üçün buraya klik edin] 📲 +994 50 311 00 18 (WhatsApp linki)
SERTİFİKATLAR
































