💊 Antibiotiklərin bağırsağa təsiri

Antibiotiklər bir çox bakterial infeksiyaların müalicəsində mühüm rol oynayır. Lakin onların təsiri yalnız xəstəlik törədən bakteriyalarla məhdudlaşmır. Antibiotiklər bağırsaqlarımızda yaşayan faydalı bakteriyaların bir hissəsini də azalda bilər.

Bu zaman aşağıdakı əlamətlər müşahidə oluna bilər:

🔹 İshal və ya qəbizlik
🔹 Qarında köp və narahatlıq hissi
🔹 Həzm prosesində pozğunluqlar
🔹 Bağırsaq mikroflorasının balansının dəyişməsi

Bağırsaq sağlamlığını qorumaq üçün antibiotiklər yalnız həkim məsləhəti ilə qəbul edilməli, müalicə kursu yarımçıq saxlanılmamalıdır. Bəzi hallarda həkimin tövsiyəsinə uyğun olaraq probiotiklərdən istifadə bağırsaq mikroflorasının bərpasına kömək edə bilər.

🩺Unutmayın ki, antibiotiklərin düzgün istifadəsi həm müalicənin effektivliyini artırır, həm də həzm sisteminin sağlamlığını qorumağa kömək edir.

📞 Elə indi PhD.Dr.Anar Əliyev ilə konsultasiyaya yazılın və sağlamlığınızın qayğısına qalın.

Mob / WhatsApp: +994 50 311 00 18