Ana Səhifə / Blog / Kolonoskopiya-Kolonoskopiya nədir?
Kolonoskopiya-Kolonoskopiya bağırsaq şikayətlərini və ya patalogiyalari araşdırmaq üçün istifadə olunur.
Yoğun bağırsağın müayinəsi üçün müayinə anusdan başlayaraq insan barmağının qalınlığında, sonunda bir kamera və işığı olan çevik bir tibbi cihaz kolonoskop ilə aparılır.
Kolonoskopiya prosedurundan bir və ya iki gün əvvəl yumşaq bir pəhrizlə bəslənməli və eyni zamanda prosedurdan əvvəl bağırsaq təmizləyici dərmanları göstərildiyi kimi qəbul etməlidir.
Xəstədən proseduraya gələrkən ac gəlməsi tovsiyyə olunur.Prosedurdan əvvəl tətbiq ediləcək pəhriz, dərmanların istifadəsi və dayandırılması lazım olan dərmanlarla bağlı xəbərdarlıq məlumatları xəstəyə bildirilməlidi.
Muayinə necə aparilir?
Müayinə hər iki ayağını sinə tərəf çəkərək sol tərəfdə uzanmaqla başlayır. Xəstəyə anestezioloqun iştirakı ilə səthi anesteziya verilir, bu da yuxuya getməsinə imkan verir.
Xəstə tam yuxuda olduqdan sonra mütəxəssis əvvəlcə kolonoskop cihazını yoğun bağırsağın (rektum) son hissəsinə doğru irəliləyir. Bundan sonra kolonoskopla hava verilərək bağırsaq şişirilir və bağırsağın daxili səthi görünər.
Kolonoskopu irəli itələyərək, yoğun bağırsaq sonuna qədər olan bütün hissələri araşdırılır. Bu proses təxminən 10-15 dəqiqə çəkir. Nəhayət, nazik bağırsağın son hissəsi olan terminal ileum yoğun bağırsaqdan nazik bağırsağa keçərək müayinə olunur.
Kolonoskopun köməyi ilə həkim kolonoskopiya proseduru zamanı qarşılaşdığı polipləri təmizləyə bilər. Uyğun və zəruri hesab edildikdə, xəstənin şikayətləri nəzərə alınmaqla, şiş aşkarlanarsa-şişdən və ya bağırsağın müxtəlif yerlərindən biopsiya da götürülə bilər.