Anal abses anus və ya düz bağırsaq ətrafında irinli infeksiyanın toplanmasıdır. Əksər hallarda anal vəzlərin infeksiyası nəticəsində yaranır və vaxtında müalicə olunmadıqda daha ciddi fəsadlara səbəb ola bilər.

Ən xarakterik əlamətlər:
• anus ətrafında güclü və getdikcə artan ağrı
• şişkinlik və həssaslıq
• qızdırma və halsızlıq
• defekasiya zamanı ağrının artması
• bəzən irinli axıntı
Vacib məqam: Anal abses zamanı yalnız antibiotiklə müalicə əksər hallarda kifayət etmir. Əsas müalicə irinli ocağın adekvat cərrahi drenajıdır.
Anal abseslərin bir qismi sonradan anal fistulanın formalaşmasına səbəb ola bilər. Buna görə abses drenajından sonra pasiyentin klinik nəzarəti və fistula ehtimalının qiymətləndirilməsi vacibdir.
Anal nahiyədə davamlı ağrı, şişkinlik və ya irinli axıntı varsa, proktoloji müayinəni gecikdirməyin.
📞 Elə indi PhD.Dr.Anar Əliyev ilə konsultasiyaya yazılın və sağlamlığınızın qayğısına qalın.
Mob / WhatsApp: +994 50 311 00 18
