Anal fistula öz-özünə sağalmır
Anal fistula anus ətrafında yaranan iltihabın dəriyə açdığı anormal kanaldır. Ən çox anal absesdən sonra inkişaf edir.

Əlamətləri:
Davamlı irinli ifrazat
Təkrarlayan şişkinlik
Ağrı və narahatlıq
Paltarın tez-tez çirklənməsi
Fistulanın yalnız dərmanla tam sağalması mümkün deyil. Müalicə üsulu fistulanın yerləşməsinə və mürəkkəbliyinə uyğun olaraq cərrahi şəkildə müəyyən edilir.
Unutmayın ki, fistulanın xarici dəliyi bəzən bağlanıb sonra yenidən açıla bilər. Bu isə problemin sağaldığı anlamına gəlmir. Əksinə, iltihab daxildə davam edə bilər və xəstəlik zamanla daha mürəkkəb hala gələ bilər.
Erkən diaqnostika anal sfinkterin qorunması və uğurlu nəticə üçün böyük əhəmiyyət daşıyır.
📞 Elə indi PhD.Dr.Anar Əliyev ilə konsultasiyaya yazılın və sağlamlığınızın qayğısına qalın.
Mob / WhatsApp: +994 50 311 00 18
