KOLONOSKOPİYA — BAĞIRSAĞIN YOXLANIŞI

Bağırsaq sağlamlığını qiymətləndirmək üçün ən informativ müayinələrdən biri kolonoskopiyadır.

Bu müayinə zamanı yoğun bağırsağın daxili səthi birbaşa qiymətləndirilir və gözlə görünməyən bəzi problemləri erkən mərhələdə aşkar etmək mümkün olur.

Bəzən isə insanın düşündüyü səbəb, əslində problemin yeganə səbəbi olmaya bilər. Məsələn, anal nahiyədən gələn qanaxmanı hər zaman yalnız hemoroidlə əlaqələndirmək düzgün deyil.

Bu səbəbdən hemoroid şikayətləri və təkrarlanan qanaxması olan pasiyentlərdə, xüsusilə 35 yaşdan sonra, həkim tərəfindən kolonoskopiya ehtiyacı qiymətləndirilə bilər.

Unutmayın: əsas məsələ qanaxmanı dayandırmaqdan əvvəl onun səbəbini dəqiq müəyyən etməkdir.

Şikayətiniz varsa, müayinəni gecikdirməyin.

📞 Elə indi PhD.Dr.Anar Əliyev ilə konsultasiyaya yazılın və sağlamlığınızın qayğısına qalın.

Mob / WhatsApp: +994 50 311 00 18