“Oturmaq belə ağrılıdırsa, səbəb sadə hemoroid olmaya bilər!”

Paraproktit anal nahiyə ətrafında toxumaların iltihablaşması və irinli prosesin yaranmasıdır. Ən çox rast gəlinən əlamətləri anal nahiyədə güclü və getdikcə artan ağrı, şişkinlik, qızartı, hərarət və ümumi halsızlıqdır.
Pasiyentlərin bir qismi bu şikayətləri hemoroidlə əlaqələndirib bir müddət gözləyir. Halbuki paraproktit zamanı gecikmək irinli ocağın böyüməsinə və daha ciddi fəsadların yaranmasına səbəb ola bilər.
Mənim tövsiyəm: anal nahiyədə qəfil və güclü ağrı, şişkinlik və ya hərarət yaranıbsa, özbaşına müalicə etməyin və müayinəyə müraciəti gecikdirməyin. Düzgün diaqnoz və vaxtında müdaxilə müalicənin nəticəsi üçün çox önəmlidir.
📞 Elə indi PhD.Dr.Anar Əliyev ilə konsultasiyaya yazılın və sağlamlığınızın qayğısına qalın.
Mob / WhatsApp: +994 50 311 00 18
