KANDİLOMALAR

⚠️ “Anal nahiyədə xırda çıxıntılar? Bunu görməzdən gəlməyin!”

Kandilomalar əsasən insan papilloma virusu — HPV ilə əlaqəli yaranan ziyiləbənzər törəmələrdir. Anal və genital nahiyədə tək-tək və ya çoxsaylı şəkildə görünə bilər və zamanla sayı və ölçüsü arta bilər.

Ən vacib məqam budur ki, anal nahiyədə yaranan hər çıxıntını sadə “ziyil” kimi qəbul etmək düzgün deyil. Dəqiq diaqnoz üçün proktoloji müayinə vacibdir. Bəzi hallarda anal kanalın daxilində də törəmələr ola bilər və bunu yalnız xarici görünüşə əsasən müəyyən etmək mümkün deyil.

Müalicə üsulu törəmələrin sayından, yerləşməsindən və klinik vəziyyətdən asılı olaraq seçilir. Erkən müraciət həm müalicəni asanlaşdırır, həm də xəstəliyin yayılmasının qarşısını almağa kömək edir.

📞 Elə indi PhD.Dr.Anar Əliyev ilə konsultasiyaya yazılın və sağlamlığınızın qayğısına qalın.

Mob / WhatsApp: +994 50 311 00 18