Babasil, yoxsa anal çat? Fərqi necə anlamaq olar?

Babasil və anal çat bir-birinə bənzər şikayətlər yaratsa da, fərqli xəstəliklərdir və müalicə yanaşmaları da fərqlənir.

📌 Babasil zamanı daha çox:

  • Nəcis ifrazı zamanı və ya sonrasında qanama
  • Anal nahiyədə şişkinlik hissi
  • Qaşınma və narahatlıq

📌 Anal çat zamanı isə:

  • Nəcis ifrazı zamanı kəskin və kəsici ağrı
  • Tualetdən sonra uzun müddət davam edən yanma hissi
  • Az miqdarda parlaq qırmızı qanama

Bir çox pasiyent bu iki vəziyyəti qarışdırdığı üçün özbaşına müalicəyə başlayır. Lakin düzgün diaqnoz qoyulmadan aparılan müalicə istənilən nəticəni verməyə bilər.

🩺 Anal nahiyədə ağrı, qanama və ya digər şikayətləriniz varsa, səbəbi dəqiqləşdirmək üçün proktoloq müayinəsindən keçmək vacibdir.

📞 Elə indi PhD.Dr.Anar Əliyev ilə konsultasiyaya yazılın və sağlamlığınızın qayğısına qalın.

Mob / WhatsApp: +994 50 311 00 18