Ağız qoxusu həmişə diş problemi deyil

Ağız qoxusu yalnız ağız boşluğunun gigiyenası və ya diş xəstəlikləri ilə əlaqələndirilməməlidir. Ağız boşluğunda səbəb müəyyən edilmədikdə, xüsusilə yanaşı həzm sistemi şikayətləri olan pasiyentlərdə mədə-bağırsaq sisteminin səbəbləri də nəzərdən keçirilməlidir.

☝🏻

Ağız qoxusu xüsusilə Helicobacter pylori infeksiyası, qastroezofageal reflüks xəstəliyi (GERD) və bəzi digər yuxarı həzm sistemi patologiyaları ilə əlaqəli ola bilər. İltihabi bağırsaq xəstəliklərində — Kron xəstəliyi və xoralı kolitdə də ağız boşluğunda müxtəlif dəyişikliklər və halitoz(ağızda qoxu) müşahidə oluna bilər.

👇🏻

Ağız qoxusu aşağıdakı şikayətlərlə birlikdə müşahidə olunursa, səbəbin yalnız dişlərdə axtarılması kifayət etməyə bilər:

• ürək yanması və turşunun ağıza gəlməsi
• turş və ya xoşagəlməz dad
• tez-tez gəyirmə
• epiqastral nahiyədə ağrı və ya diskomfort
• köp, erkən doyma, həzmsizlik
• ürəkbulanma
• qarında ağrı və şişkinlik
• ishal və ya nəcis ifrazında davamlı dəyişikliklər
• səbəbsiz çəki itkisi

💙

Xüsusilə ağız qoxusu davamlıdırsa və stomatoloji müayinədə səbəb aşkarlanmayıbsa, anamnez, fiziki müayinə və klinik göstərişlərə uyğun laborator və endoskopik müayinələrlə səbəbin araşdırılması məqsədəuyğundur.

📞 Elə indi PhD.Dr.Anar Əliyev ilə konsultasiyaya yazılın və sağlamlığınızın qayğısına qalın.

Mob / WhatsApp: +994 50 311 00 18