Proktit: “Babasil” deyib keçməyin

Proktit — düz bağırsağın selikli qişasının iltihabıdır. Bu vəziyyətin səbəbi isə hər zaman eyni olmur.

Nəcisdə qan və ya selik, anal nahiyədə ağrı, tez-tez tualetə getmək istəyi, ishal və ya qəbizlik, tualetdən sonra belə bağırsağın tam boşalmadığı hissi proktitin mümkün əlamətləri arasındadır.

Proktit iltihabi bağırsaq xəstəlikləri, infeksiyalar, əvvəl keçirilmiş şüa müalicəsi, bəzi dərmanlar və digər səbəblərlə əlaqəli ola bilər.

Ona görə də xüsusilə qanaxma və selikli ifrazat olduqda özbaşına “babasil dərmanı” istifadə etməzdən əvvəl səbəbi dəqiqləşdirmək vacibdir.

Diaqnostik yanaşmada xəstənin şikayətləri və müayinəsi ilə yanaşı, qan və nəcis analizləri, rektoskopiya/anoskopiya, sigmoidoskopiya və ya kolonoskopiya kimi müayinələrdən istifadə oluna bilər. Lazım gəldikdə biopsiya götürülür.

Müalicə isə proktitin səbəbindən asılıdır. Səbəbi bilmədən müalicə seçmək düzgün yanaşma deyil.

Nəcisdə qan gördüyünüz zaman bunu avtomatik olaraq babasil hesab etməyin.

📞 Elə indi PhD.Dr.Anar Əliyev ilə konsultasiyaya yazılın və sağlamlığınızın qayğısına qalın.

Mob / WhatsApp: +994 50 311 00 18